Şəfəqə Doğru » Mədəniyyət » MƏTANƏT ƏSƏDOVA ƏRƏ GEDİR

MƏTANƏT ƏSƏDOVA ƏRƏ GEDİR

MƏTANƏT ƏSƏDOVA ƏRƏ GEDİR

Müğənni Mətanət Əsədova ailə qurmağa hazırlaşır.

Bu barədə ifaçı "ATV maqazin 10larla” verilişinə açıqlama verib.

Mətanət həyatında sevdiyi birinin olduğunu söyləyib:

"O, məni çox sevir. Mən də başlamışam onu sevməyə. Çox mədəni insandır. Ona hörmətim böyükdür. Bilir ki, mən çılğın müğənniyəm, aramızda qısqanclıq yoxdur”.

Əsədova ərə getməzdən əvvəl çox götür-qoy etdiyini bildirib:

 

"Sevilən xanımam. Elçilərim də çox olur. Amma mən hər şeyə fikir verirəm. Kişi olanda nə olar. Özünə baxan, təmizkar biri olmalıdır”.

Sənətçi ailə quracağı insanla toy etməyəcəyini də vurğulayıb:

"Toy həyatımda bir dəfə olub. Bu dəfə yığıncaq edəcəm. Mərasim qapalı olacaq və ancaq mənə yaxın dost, tanışımı çağıracam”