Rəşid Behbudovun həyat yoldaşı vəfat edib
- Tarix: 03-may-2017, 11:27 - Bölmə: Mədəniyyət / Manşet - Baxış sayı: 525

Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.
Bu barədə APA-ya məlumatı Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, C. Behbudova mayın 2-də dünyasını dəyişib: "Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi. Vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”.


Oxşar xəbərlər