Şəfəqə Doğru » Mədəniyyət » "Heç bir qüvvə ailəmi dağıda bilməz"

"Heç bir qüvvə ailəmi dağıda bilməz"

"Heç bir qüvvə ailəmi dağıda bilməz"

Müğənni Aygün Mahmudova yenidən sənətinə davam edir. 

Shafaqadogru.com axşam.az-a istinadən bildirir ki, "ATV maqazin onlarla"ya açıqlama verən ifaçı heç vaxt ailəsini sənətinə qurban verməyəcəyini deyib:
 
"9 ildir sənətimdən uzaqlaşmışdım. Şükürlər olsun, 3 övladım, ailəm, həyat yoldaşım var. Baxıram ki, həm işi bacarıram, həm də ailəni idarə etməyi. Bir az uşaqlara görə işlərimi vaxtında görə bilmirdim. Amma indi qızım böyüyüb. Bəziləri dözə bilmir, ailəni dağıdır, bəziləri də deyir, hər şey ailəmə qurban olsun. Heç bir qüvvə ailəmi dağıda bilməz. Heç bir qüvvə sevən, güclü müqəddəs ailəni parçalaya bilməz. 

Dünyaya meydan oxuyan bir səsə malik sənətçi də olsam, heç vaxt ailəmi sənətə qurban vermərəm. Bu gün mənim həyat yoldaşım qadağa qoysa ki, oxumursan, mən hər şeyi ona qurban verərəm. Mənim üçün bu həyatda ən müqəddəs gözəl ailəm, həyat yoldaşım, ailəmin başçısıdır. Kənan o qədər saf, alicənab ailəsini sevən, ürəyi təmiz adamdır ki, o, həmişə deyir, insanı qəfəsdə saxlamaq olmaz. Dar düşüncəli olmaq lazım deyil. Dar düşüncəli insanların ailəsində problemlər yaranır. Namuslu, qeyrətli biri heç vaxt yolunu aza bilməz".