Şəfəqə Doğru » Mədəniyyət » "Vəzifəsindən asılı olmayaraq heç kim mənə artıq söz deyə bilməz" - Şəbnəm Tovuzlu

"Vəzifəsindən asılı olmayaraq heç kim mənə artıq söz deyə bilməz" - Şəbnəm Tovuzlu

"Vəzifəsindən asılı olmayaraq heç kim mənə artıq söz deyə bilməz" - Şəbnəm Tovuzlu
Müğənni Şəbnəm Tovuzlu Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişinin qonağı olub.

Shafaqadogru.com  xəbər verir ki, ifaçı xanım verilişdə 2009-cu ildən bəri kişi məclislərinə getmədiyini söyləyib:

"2009-cu ilə qədər kişi məclislərinə də getmişəm, ad günlərinə də, yubileylərinə də. Amma artıq ailə qurduqdan sonra həyat yoldaşım kişi məclislərində iştirak etməyimi məsləhət bilmədi. Mənə dedi ki, sənin buna ehtiyacın yoxdur. İçki aləmidir, kimsə nəsə deyər, pərt olarsan. Bunu da istəmirəm. Mən kişi kimi qadınam. Hərəkətimi, davranışımı, oturub-durmağı bilirəm. Bu vaxta kimi heç kəsdən əlbəəl qonorar almamışam. Vəzifəsindən asılı olmayaraq heç kəs mənə artıq söz deyə bilməz. Sadəcə olaraq, həyat yoldaşıma hörmət əlaməti olaraq kişi məclislərinə getmirəm".