Tel-Əvivdə keçirilən "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayev ötən axşam final mərhələsinə vəsiqə qazanıb.
Shafaqadogru.com xəbər verir ki, o, "Truth" mahnısını ifa edib.
Qeyd edək ki, finala vəsiqə qazanan 10 ölkə arasında Azərbaycanla yanaşı, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta və Şimali Makedoniyanın da adı var.
Məlumat üçün onu da qeyd edək ki, Ermənistan təmsilçisi finala vəsiqə qazana bilməyib.
Müsabiqənin finalı mayın 18-də keçiriləcək.