Şəfəqə Doğru » Mədəniyyət » Əri Rəqsanə üçün Cennifer Lopesin evindən tikdirir (VİDEO)

Əri Rəqsanə üçün Cennifer Lopesin evindən tikdirir (VİDEO)

Əri Rəqsanə üçün Cennifer Lopesin evindən tikdirir (VİDEO)
Müğənni Rəqsanə İsmayılova əri Fazillə birlikdə "ATV maqazin onlarla" verilişinin kamerası qarşısına keçib.

Shafaqadogru.com  axşam.az-a istinadən xəbər verir ki, sənətçi Azərbaycan getməsindən, Moskvaya köçməsindən bəhs edib:

"Ətrafımda insanlar var idi, onları təmizləməliydim. Ona görə də Azərbaycandan köçdüm. Sənətdən tamamilə getsəydim, havalanardım. Mənə qarşı haqsızlıq edənlər, həyatımda pis şeylərin başıma gəlməyinə səbəb olanlar cavabını aldı. Zamanında düz idim, hər yerdə bağırırdım. Amma mənə inanmırdılar. Moskvaya gəldim, yoldaşımı tapdım, ailə həyatı qurdum və xoşbəxt oldum. Hər bir qadına bu qismət olmur. Mənim övladlarıma sahib çıxıb, onlara atalıq edən insan qarşıma çıxdı".

Rəqsanə əkizlərindən söz açıb. O, "Oğlan ölüm-qalım savaşı yaşadı. 4-5 ay xəstəxanada qaldı. Bizim də ümidimiz yox idi ki, uşaqlar qalar. İndi əkizlərim yaxşıdır. Bundan sonra iki uşaq da istəyirəm" deyə, bildirib.



Sənətçi şou-biznesdə son günlər aktual olan "Həci" mövzusuna toxunub:

"Ərə getmisən, Allah canını saxlasın. Amma ərə getməmisən, sevgilin var. Niyə "Həci" deyib, durmusuz? Niyə Həciləri hörmətdən salırsan? Niyə efirə gələndə, sənə ilk növbədə Həci soruşurlar? Bu şəraiti yaratma. Evdə arvadı varsa, gəlib mənim yanımda oturursa, bu, ər deyil. Mənim də həyatımda səhvlər olub. 7 ildir ailəliyəm, həyat yoldaşımla yan-yana görünməmişik".

İfaçının əri isə tanış olmalarından söz açıb. O, Rəqsanə üçün dünya ulduzu Cennifer Lopesin villasının eynisini tikdirdiyini deyib:

"Toyda tanış olmuşuq. O, səhnəyə çıxanda məclis canlandı. Sonra başqa məclisə çağırmaq istədik. Qardaşım onunla danışıb və 13 min dollar istədi. Qardaşım gəldi ki, bunlar göylə gedir. Həmin toydan toy tutmasa da, məni tutdu.

İndi Cenniferin Lopesin evinin eynisini tikdirirəm: kinoteatrı, studiyası, idman zalı. gedib başqa yerdə mahnılar yazmasın".



Rəqsanə isə "Həyət evi xoşlayıram. Hər zaman internetdə CeyLonun evinə baxırdım. İnternetdən fotoları çıxartdım, Fazilə verdim ki, bunu et. Sonradan peşman oldum. kaş bunu Azərbaycanda edə bilərdim" deyə, əlavə edib.