Şəfəqə Doğru » Manşet » Batumidə iğtişaşlar zamanı on avtomobil yandırılıb

Batumidə iğtişaşlar zamanı on avtomobil yandırılıb

Batumidə iğtişaşlar zamanı on avtomobil yandırılıb


 

Batumidə iğtişaşlar zamanı ondan çox avtomobil yandırılıb.

Shafaqadogru.com  gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Acariya hökumətinin başçısı Zurab Pataradze bildirib. 

"Minimum on avtomobil yandırılıb, iğtişaşların baş verdiyi ərazidə infrastruktur zədələnib”, - o bildirib. 

O həmçinin dəyən zərərin müəyyənləşdirilməsi ilə məşğul olacaq xüsusi komissiyanın yaradılacağından danışıb. 

Qeyd edək ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bu ərəfədə Batumiyə yollanıb. 

Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində azı 30 nəfər xəsarət alıb.