Şəfəqə Doğru » Manşet » Ödənişli yolda qəzaların sayı artır — Radar quraşdırılacaq? (VİDEO)

Ödənişli yolda qəzaların sayı artır — Radar quraşdırılacaq? (VİDEO)

Ödənişli yolda qəzaların sayı artır — Radar quraşdırılacaq? (VİDEO)
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda baş verən qəzaların sayı artır.

Qaydalara əməl edilmədiyindən bu ərazidə qəzaların sayı da hər keçən gün çoxalır.

Qeyd edək ki, həmin yolda qeydə alınan daha bir ağır yol-nəqliyyat hadisəsinin görünütləri yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə ötən ay olub.

Mövzu ilə bağlı danışan yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, həmin yolda nişan qoyulub. Amma radarın olmaması ziddiyyət yaratmır.

Ekspert hesab edir ki, burda sürücülər məsuliyyətli olmalıdır. Çünki ''Yol hərəkəti haqqında'' qanunun 50-ci maddəsində də var ki, ölkə daxilində magistral yollarda maksimal sürət saatda 110 km-dir.

O əlavə edib ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində nəinki ödənişli, hətta adi yollarda da xüsusi texniki vasitələr və nişan bütün yollarda yoxdur. Amma buna baxmayaraq, sürücülər maksimal sürəti aşmırlar.

Bəs Azərbaycandakı ödənişli yolda sürət həddi artırıla bilərmi?

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, mütəmadi olaraq nəzarət proflaktiki tədbirlər həyata keçirilir. ''Təəssüflə bildiririk ki, bəzi sürücülər xəbərdarlıqlara və görülən tədbirlərə məhəl qoymurlar, qanunvericiliyin tələblərinə qeyri - ciddi yanaşırlar. Bu da sonda ağır faciələrin yaşanmasına səbəb olur. Mövcud qanunvericiliyin tələblərinə əsasən avtomagistrallarda müəyyən olunmuş hərəkət sürət həddi aşılmamalıdir”.

O ki qaldı pullu yolda radarların quraşdırılmasına və sürət həddinin artırılmasına, İdarədən bu məsələyə münasibət bildirilməyib.