Şəfəqə Doğru » Manşet » Xərçəng xəstəliyi ölümcül deyil, yalnız o halda öldürür ki... - ŞOK

Xərçəng xəstəliyi ölümcül deyil, yalnız o halda öldürür ki... - ŞOK

Xərçəng xəstəliyi ölümcül deyil, yalnız o halda öldürür ki... - ŞOK
Dr. Araz Bayramovun ANV.az-a müsahibəsi

Dosye: Dr. Araz Bayramov Fransada təhsil alıb və beş il bu ölkənin aparıcı səhiyyə ocaqlarından olan – Eduard Herriot adına Mərkəzi Xəstəxanada uroloq-androloq işləyib.

Cənubi Qafqazda ilk dəfə olaraq böyrək şişlərinin laporoskopik üsulla böyrəyi qoruyaraq çıxarılması, yəni laporoskopik parsial nefrektomiya əməliyyatını həyata keçirən Dr. Bayramov eyni zamanda ölkəmizdə birinci olaraq hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.

- Bildiyimiz qədər böyrək və prostat xəstəliklərinin, kişi sonsuzluğunun müalicəsi ilə məşğul olursunuz. Maraqlıdır, bu üç xəstəlikdən hansı daha çox yayılıb?

- Təəssüflər olsun ki, adını çəkdiyiniz və hazırda müayinə və müalicəsi ilə məşğul olduğum xəstəliklərin üçü də geniş yayılıb. Böyrək xəstəlikləri həm gənclər, həm də orta yaşlı insanlar arasında daha çox yayılıb. Prostat xəstəlikləri isə əsasən 50 yaşdan yuxarı kişilərin problemi olub, hər beş nəfərdən birində rast gəlinir. Qeyd edim ki, prostat və böyrək xərçəngindən əziyyət çəkən xəstələrin sayı da az deyil. 

- Sözünü kəsirik. Ümumiyyətlə prostat və böyrək xərçəngindən əziyyət çəkən xəstələrin proqnozu necədir? Bu xəstəliklərlə insan nə qədər yaşaya bilər?

- Tam səmimi deyirəm, istər prostat olsun, istər böyrək, istərsə də digər orqanların xərçəngi, ilkin mərhələdə aşkarlanarsa, xəstənin sağalmaq şansı həddindən artıq çoxdur. Cəmiyyətdə belə rəy formalaşıb ki, kimdə xərçəng xəstəliyi aşkarlandısa, o mütləq dünyasını dəyişəcək. Əslində bu belə deyil. Təcrübədə dəfələrlə görmüşük ki, uzun illərdir bu xəstəlikdən əziyyət çəkən xəstələr uzun müddət sonra digər xəstəlikdən dünyasını dəyişirlər. Əfsuslar olsun ki, bədxassəli şiş xəstəliyinə tutulmuş xəstələr adətən gecikmiş mərhələdə həkimə müraciət edirlər. Heç şübhəsiz bu amil biz həkimlərin işini çətinləşdirir və xəstənin proqnozunu mənfiyə çəkir. Xərçəng xəstəliyi xoşxassəli şişlərin, misal üçün poliplərin nəticəsində meydana gəlir. Bu səbəbdən hər bir insan heç olmasa ildə bir dəfə müayinədən keçməlidir. Xüsusən yaşı 40-ı ötmüş insanlar bu məsələdə xüsusi ilə diqqətli olmalıdırlar.

- Son dövrlər "durduğum yerdə belimdə və qarnımda şiddətli ağrılar yarandı” kimi şikayətlərə çox rast gəlirik. Böyrək daşları doğrudanmı bu qədər təhlükəli xəstəlikdir?

- Dediyiniz məsələ böyrək daşı sidik yollarına düşüb, oradan xaric ola bilmədikdə baş verir. Daş sidik yollarında ilişib qalır və hidronefroz deyilən xəstəlik yaranır. Bu xəstəlik qısa müddət ərzində ağırlaşaraq, xəstənin həyatı üçün böyük təhlükə yaradır. Böyrəklər qarşısı kəsildiyinə görə, sidiyi süzə bilmir və nəticədə öz funksiyasını itirir. Ən dəhşətlisi odur ki, xəstələrin əksəriyyəti hidronefrozun irəliləmiş mərhələsində heç bir ağrı hiss etmirlər. Bir çox hallarda o zaman uroloqa müraciət edirlər ki, böyrəkləri funksiyasını itirərək tamamilə sıradan çıxır. 

- Kişilərin "ikinci ürəyi” sayılan prostat bəzi hallarda "qorxulu yuxu”ya çevrilir və hər il minlərlə kişi məhz bu xəstəlik səbəbindən dünyasını dəyişir...

- Prostat xəstəlikləri arasında prostat adenoması xüsusi olaraq yayılıb. Prostat adenoması – prostat vəzin xoşxassəli şişi olub, müalicə olunmadıqda çox ağır fəsadlara gətirib çıxarır. Misal üçün prostat adenoması səbəbindən böyrəyi sıradan çıxmış milyonlarla insan göstərə bilərik. Ehtimal olunur ki, prostat xərçəngi də prostat adenomasının təsiri nəticəsində yaranır. Əgər sizdə sidiyə tez-tez, lakin az-az getmə, sidiyə gedərkən tam boşala bilməmək hissi varsa, bəlkələrə güvənmək lazım deyil. Mütləq müayinə olunmaqlazımdır. 

- Cinsi zəiflik və kişi sonsuzluğu. Bu xəstəliklər barədə nə deyə bilərsiz?

- Kişi sonsuzluğu dərindən araşdırılmalı olan bir xəstəlikdir. Müalicə prosesi bəzən uzun və cansıxıcı olur. Kişi sonsuzluğunun əsas səbəbkarı varikosele, yəni xaya damarlarının genişlənməsidir. Varikoseledən əziyyət çəkən kişilərdə sperma faizi aşağı olur və bu amil nəsil artırmaq qabiliyyətini hençə endirir. Birinci növbədə əmin olmaq lazımdır ki, xəstədə varikosele var, yoxsa yox? Əgər varsa, mütləq müalicə olunmalıdır. Avropa Uroloqlar Cəmiyyətinin son konqresində birmənalı şəkildə qeyd olundu ki, varikosele konservativ müalicəyə tabe olmayan xəstəlikdir. Mütləq şəkildə cərrahi üsulla aradan qaldırılmalıdır. Cinsi zəifliyə isə bütün yaş qrupundan olan kişilərdə rast gəlirik. Burada psixoloji məqamlarla yanaşı fiziki amillər də mühüm rol oynayır. Misal üçün cinsiyyət üzvünün əyriliyi – Peyroni xəstəliyi. Hesab edirəm ki, kompleksləri kənara atmağın vaxtıdır. Seksual həyatın şirinliyini bərpa etmək daha vacibdir, nəinki həkim yanına getməkdən utanmaq. Unutmaq lazım deyil ki, vaxtaşırı cinsi əlaqədə olmayan kişilərdə müəyyən müddət sonra müxtəlif xəstəliklər, o cümlədən ağır xəstəliklər yaranır.

- Bütün bu xəstəliklərdən danışdıq. Bəs bu xəstəlikllərin müayinə və müalicəsini necə həyata keçirirsiniz?

- Böyrək və sidik axarı daşlarını, növündən və formasından asılı olmayaraq, eyni zamanda hər iki tərəfli böyrək daşlarını eyni anda tam təbii yolla qalxaraq Flexible URS Holmium Lazerlə xaric edirik. Başqa sözlər ifadə etsək, dəliklə daxil olaraq endoskopik üsulla xaric edirik. Prostat şişləri və adenomasını XXI əsrin qızıl standartı olan – Plazma Kinetik TUR sistemi ilə müalicə edirik. Laporoskopik üsulla heç bir kəsik olmadan prostat adenoması və şişlərini aradan qaldırırıq. Kişi sonsuzluğunun əsas səbəbkarı – Varikosele (xaya damarlarının genişlənməsi) və Peyroni (kişi cinsiyyət üzvünün əyriliyi) xəstəlikləri isə mikroskopik üsulla aradan qaldırılır. Prostat və böyrək şişlərini (xərçəng xəstəliyi) də adekvat üsulla xaric edirik. Bütün bu əməliyyatlar təxminən yarım saat çəkir. Xəstə əməliyyat olunan günün səhəri evə yazılır və bir həftəyə əmək qabiliyyətini tam bərpa edir.

@ ANV.az

P.S. Dr. Araz Bayramovla əlaqə saxlamaq üçün:

(055) 255-55-45