Şəfəqə Doğru » Cəmiyyət » "Üniversitet rektorun malikanəsi ola bilməz"-Sabir Rüstəmxanlı

"Üniversitet rektorun malikanəsi ola bilməz"-Sabir Rüstəmxanlı

"Üniversitet  rektorun malikanəsi  ola  bilməz"-Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Azərbaycanda fəaliyyət göstərən universitetlərin rəhbərlərini tənqid edib.

Partiya  sədri  öz feysbuk səhifəsində yazıb ki, Türkiyənin Ərzurum, Kars, Van, Əlazıg, Malatya, Girəsun, Trabzon, Tokat, Samsun, Kayseri, Adana, Qaziantep, Izmir, Kütahye, Sparta, Mersin,Muğla, Qocaeli, Mahnıda və s. universitetlərində və nəhayət Ankara və İstanbulun hər birinin 4-5 universitetində böyük salonlarda görüşləri olub: "Azərbaycanda isə son 25 ildə universitetlərin tək birində, fakültə səviyyəsində belə, görüşüm olmayıb. Buna cəhd göstərilsə də, izin verilməyib. Buna nə ad vermək olar? Bundan uduzan kimdir? Hər universitet bir rektorun şəxsi malikanəsi ola bilməz. Mənə müraciət edən tələbələrə bu durumu izah edə bilmirəm”.

 

N.Novruzlu