Şəfəqə Doğru » Gündəm » Ermənistan parlamenti sərhədyanı kənd sakinlərini silahlandırmaq fikrinə düşdü...

Ermənistan parlamenti sərhədyanı kənd sakinlərini silahlandırmaq fikrinə düşdü...

Ermənistan parlamenti sərhədyanı kənd sakinlərini silahlandırmaq fikrinə düşdü...

Ermənistan parlamentinin "Mənim addımım” fraksiyasından olan deputatı Armen Xaçatryan dünən jurnalistlərə açıqlamasında bildirib ki, yaxın vaxtlarda parlament bir sıra sərhəd kəndlərinin sakinlərinə ov tüfəngləri almağa imkan verən silahgəzdirmə haqda qanuna dəyişiklik edəcək.

 

Shafaqadogru.com  bu haqda Rusiya mediasına istinadla xəbər verir. 

 

Erməni deputatın sözlərinə görə, ov silahlarına icazə almaq prosedurunun özü sadələşdiriləcək. Belə bir təşəbbüs sərhədyanı kəndlərin sakinlərinə yalnız aktiv şəkildə ovla məşğul olmağa deyil, həm də sərhəddə yeni şəraitdə əlavə mühafizə hissi yaratmağa  kömək edəcəkdir. Silah gəzdirilməsinə icazə veriləcək kəndlərin siyahısı daha sonra yayımlanacaq”-A.Xaçatryan belə deyib.

 

P.S. Söhbət, təbii ki, Azərbaycan ordusunun son zəfərindən sonra qorxu hissi canından çıxmayan Ermənistanın Azərbaycanla həmsərhəd kəndlərindən gedir...