Şəfəqə Doğru » Gündəm » Penitensiar xidmətin əsgəri özünü GÜLLƏLƏDİ

Penitensiar xidmətin əsgəri özünü GÜLLƏLƏDİ

Penitensiar xidmətin əsgəri özünü GÜLLƏLƏDİ

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.

 

Bu barədə Modern.az-a məlumat verən Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəsisi Mehman Sadıqov bildirib ki, hadisə mayın 31-də saat 02:50 radələrində qeydə alınıb:

 

"Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün əsgəri, 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib”.

 

Onun sözlərinə görə, faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.