Şəfəqə Doğru » Gündəm » İran gəmiləri Atlantik okeanında: ABŞ narahatdır

İran gəmiləri Atlantik okeanında: ABŞ narahatdır

İran gəmiləri Atlantik okeanında: ABŞ narahatdır
ABŞ-ın müdafiə naziri Lloyd Ostin İrana məxsus hərbi gəmilərin Atlantik okeanına daxil olmasına münasibət bildirib.

Bu barədə BBC telekanalı məlumat yayıb.

Nazir bildirib ki, ABŞ Amerikanın qonşuluğunda hər növ silahların yayılmasından narahatdır və bu gəmilərin yükləri barədə digər iclaslarda danışılmalıdır.

Qeyd edək ki, İran Ordusunun Koordinasiya mərkəzinin komandan müavini kontr-admiral Həbibulla Səyyari dünən bildirib ki, "Səhənd” destroyeri və "Makran” gəmisi ötən günlərdə heç bir ölkənin limanında dayanmadan hərəkət edib və Atlantik okeanı sularına daxil olub. Gəmilərin istiqaməti Venesuelayadır.