Şəfəqə Doğru » Gündəm » "Cəhənnəm istiləri": 15 dəqiqə ərzində hər şey kül oldu - Yüzlərlə ölü var - VİDEO

"Cəhənnəm istiləri": 15 dəqiqə ərzində hər şey kül oldu - Yüzlərlə ölü var - VİDEO

"Cəhənnəm istiləri": 15 dəqiqə ərzində hər şey kül oldu - Yüzlərlə ölü var - VİDEO
Kanadanın qərbində istilər səbəbilə baş verən yanğınlar bir kəndin tamamilə külə çevrilməsinə səbəb olub.

Shafaqadogru.com  xəbər verir ki, Litton kəndi 15 dəqiqə ərzində külə çevrilib. "CBC News"in məlumatına görə, kənddə 300-ə qədər sakin yaşayır. Onlar son anda xilas ola biliblər. Kənddə temperatur göstəricisi rekord həddə 49,6 dərəcəyə çatır. Bu bölgədə son 100 ilin ən yüksək göstəricisidir.

Britaniya Kolumbiyasında son 1 həftə ərzində istilər səbəbilə 500-ə qədər insan həyatını itirib./Metbuat.az
 

0