Şəfəqə Doğru » Gündəm » Dubayda iki təyyarə toqquşub

Dubayda iki təyyarə toqquşub

Dubayda iki təyyarə toqquşub
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) azbüdcəli "Flydubai” aviaşirkətinə məxsus təyyarə Bəhreynin "Gulf Air” hava yollarına aid təyyarə ilə Dubayda hava limanında toqquşub.

Shafqadogru.com "RİA Novosti”yə istinadən xəbər ilə verir ki, bu barədə aviaşirkətdən bildiriblər.

Məlumata görə, təyyarə Dubaydan Qırğız Respublikasının paytaxtı Bişkekə hərəkət edirmiş.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, sərnişinlər başqa təyyarə ilə reys üzrə hərəkət ediblər.