Şəfəqə Doğru » Gündəm » Tikanlı məftillərdən hasar çəkilir: Prezident fövqəladə vəziyyət elan etdi – FOTO-QALEREYA

Tikanlı məftillərdən hasar çəkilir: Prezident fövqəladə vəziyyət elan etdi – FOTO-QALEREYA

Tikanlı məftillərdən hasar çəkilir: Prezident fövqəladə vəziyyət elan etdi – FOTO-QALEREYA

Polşa hakimiyyəti qanunsuz miqrantlarla bağlı vəziyyətlə əlaqədar Belarusla həmsərhəd bölgələrdə fövqəladə vəziyyət rejimi tətbiq edib. Müvafiq fərmanı Polşa prezidenti Andjey Duda imzalayıb, sənəd rəsmi dərc edildikdən və parlamentdə baxıldıqdan sonra qüvvəyə minəcək. Bundan başqa, sərhəddə  2,5 m hündürlüyündə tikanlı məftildən hasar tikilir. Hüquq müdafiəçiləri Varşavada etiraz aksiyaları keçirirlər. Moderator.az "İzvestiya”ya istinadla hadisə yerindən çəkilmiş görüntüləri - foto-qalereyanı təqdim edir.

 

 

Polşalı fəallar Polşa Sərhəd Xidmətinin Varşavadakı qərargahına girişi bağlamaq üçün tikanlı məftillərdən istifadə ediblər. Onlar neytral zonada qapalı qalmış əsasən Əfqanıstan vətəndaşlarından ibarət böyük bir qrup qaçqınlara qarşı səlahiyyətlilərin hərəkətlərinə etiraz edirlər.

 

 

Fövqəladə vəziyyətdə hakimiyyət orqanları mətbuat və humanitar təşkilatların nümayəndələri də daxil olmaqla bölgədəki insanların hərəkətini məhdudlaşdıra biləcək.

 

 

Qanunsuz miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhədə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib. Bu polis məmurları Polşaya girməsinə icazə verilməyən bir qrup qaçqının sıxışdığı Usnaj-Qornı kəndi yaxınlığındakı müvəqqəti düşərgədə vəzifələrini yerinə yetirərək növbə çəkirlər.

 

 

Polşa-Belarus sərhədinin uzunluğu 399 km-dir.

 

 

Polşanın müdafiə naziri Mariuş Blaşakın sözlərinə görə, artıq tikanlı məftildən hörülən hasarın uzunluğu 100 km-i keçib.

 

 

Avropa Birliyi  Belarus prezidentini sanksiyalara cavab olaraq sərhəddən miqrant göndərməkdə günahlandırır.

 

 

May ayında Lukaşenko ölkəsinin qaçqınlar üçün bir maneə olduğunu söylədi, amma Qərbin siyasi təzyiqi nəzərə alınmaqla  Minsk "bunu davam etməyə dəyər, yoxsa yox” sualı üzərində düşünür.

 

 

Son bir ildə Belarusiyadan Polşaya 120 qanunsuz giriş cəhdi qeydə alınıb.

 

 

Bu il yalnız avqust ayında sərhədçilər 3 min belə hadisəni sayıblar.