Şəfəqə Doğru » Gündəm » Azərbaycanla sərhəddən 18 erməni kəndi köçür - SƏBƏB

Azərbaycanla sərhəddən 18 erməni kəndi köçür - SƏBƏB

Azərbaycanla sərhəddən 18 erməni kəndi köçür - SƏBƏB
Azərbaycanla sərhəddə erməni kəndlərinin vəziyyətinin acınacaqlı olması ilə bağlı daha bir narazılıq yayılıb.

Zod yatağının yerləşdiyi Şişqaya kəndinin (ermənilər "Geqamasar” adına dəyişdirib – red.) başçısı Akop Avetyan erməni mediasına açıqlamasında hakimiyyətin sanki sərhəd kəndlərin əhalisini unutduğunu bildirib.

Kənd sakini deyib ki, kəndləri Basarkeçər bələdiyyəsinə birləşdirmək istəyirlər:

"Bizim bələdiyyədə 18 kənd birləşib. Ancaq indi deyirlər ki, bu, azdır və bizi Basarkeçər (Vardenis) şəhər bələdiyyəsinə birləşdirmək istəyirlər”.

O iddia edib ki, bələdiyyəyə diqqət və qayğı yoxdur, kəndlilər taleyin öhdəsinə buraxılıb. Kəndlilər də buna görə köçüb gedəcəklər.(Axar.az)