Şəfəqə Doğru » Gündəm » Millət vəkilidən həftəsonları ictimai nəqliyyatın işləməməsinə ETİRAZ

Millət vəkilidən həftəsonları ictimai nəqliyyatın işləməməsinə ETİRAZ

Millət vəkilidən həftəsonları ictimai nəqliyyatın işləməməsinə ETİRAZ

Şənbə günü axşam saat 6-dək ictimai nəqliyyat işləyə, daha sonra dayandırıla bilər. Məncə, Təhsil Nazirliyinin özü də məsələyə bu qədər tolerant yanaşmamalıdır. Əksinə, Operativ Qərargaha müraciət etməli, tələb etməli, bildirməlidir ki, valideynlərin maddi imkanını müəyyən dərəcədə nəzərə alaraq, şənbə günləri ictimai nəqliyyatın işləməsi təmin edilsin.

Bu sözləri millət vəkili Fazil Mustafa deyib.

O, bildirib ki, şagird və valideynlərin vəziyyəti nəzərə alınmalıdır:

"Hansısa nazirliyin Operativ Qərargahın dediyini etməsi və sonra "Məsləhət bildilər, biz də bunu belə elədik” deməyə nə var ki? Tamamilə yalnış addımdır. Nazirlik tək şagirdi deyil, həm də müəllimi düşünməlidir. Müəllim kasıbdırsa, ictimai nəqliyyat işləmirsə, nə etməlidir? Maaşından pul ayırmalıdır ki, mütləq taksi ilə işə gedib-gəlsin? Verilən qərar məntiqsizdir”.