Şəfəqə Doğru » Gündəm » Bakıda biabırçılıq: İki həftə susuz qalan vətəndaşlar yağış suyundan istifadə edir - VİDEO

Bakıda biabırçılıq: İki həftə susuz qalan vətəndaşlar yağış suyundan istifadə edir - VİDEO

Bakıda biabırçılıq: İki həftə susuz qalan vətəndaşlar yağış suyundan istifadə edir - VİDEO

Bakıda yerli qəsəbələrin birində bir qrup vətəndaş iki həftədir içməli sudan məhrum olublar.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə vətəndaşlar şikayət ediblər.

Şikayət mətnində qeyd olunur ki, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 1 ünvanında vətəndaşlara iki həftə içməli su gəlməyib.

Acınacaqlı vəziyyədə vətəndaşlar yalnız suyu pulla alaraq çənlərini doldurub istifadə ediblər. Bu isə onlara 35 AZN-ə başa gəlib.

Narazı sakinlər ötən gün yağan yağışdan da maksimum istifadə ediblər. Onlar yağış suyunu qablara yığaraq faydalanıblar.

Mövcud şikayətlə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə müraciət etdik və narazı sakinlərin iki həftə su gəlməməsi ilə bağlı iddiasına cavab öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, iddia tam araşdırıldıqdan sonra rəsmi cavab veriləcək.