Şəfəqə Doğru » Gündəm » TİCARƏT OBYEKTLƏRİ SÜRƏTLƏ BOŞALDILIR

TİCARƏT OBYEKTLƏRİ SÜRƏTLƏ BOŞALDILIR

TİCARƏT OBYEKTLƏRİ SÜRƏTLƏ BOŞALDILIR

«Buna səbəb qeyri-rəsmi ödəmələrlə yanaşı, alıcılıq qabiliyyətinin aşağı düşməsidir»

Son aylarda paytaxtda, həmçinin ölkənin digər regionlarında kirayə verilən obyektlərin sayı durmadan artır. Bu da əsasən qeyri-qanuni vergi yığımları ilə izah olunur.
Redaksiyamıza daxil olan məlumatlara görə, xüsusən də dekabr ayında bir çox ticarət obyektlərinin sahiblərindən kifayət qədər yüksək miqdarda haqq tələb olunur.
Son vaxtlar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi satışın da həcmini azaldıb. Bu səbəbdən obyekt sahibləri tələb olunan haqqı ödəmək gücündə olmur. Sahibkarlar bundan çıxış yolu kimi isə öz obyektlərini icarəyə verməkdə görür.
Iqtisadçı ekspertlər isə sadalanan səbəblərlə yanaşı, ölkədə iqtisadi fəallığın aşağı düşməsini də göstərir. Belə ki, əvvəlki dövrlə müqayisədə indi bir çox mallara tələbat azalıb. Yuxarıda qeyd etdiyimiz kimi, bu, daha çox əhalinin alıcılıq qabiliyyətinin kəskin aşağı düşməsi ilə bağlıdır. Bu səbəbdən də istehsal olunan bir çox malları satmaq mümkün deyil. Mallarını sata bilməyən sahibkarların bir çoxu, hətta kirayələdiyi obyektlərin icarə haqqını belə, ödəyə bilmir.