Shafaqadogru.com bildirir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə, 2019-cu ildən bəri səhər yeməyi üçün qidaların qiyməti orta hesabla 63% artıb:
"2021-ci ilin avqustundan etibarən isə qiymət artımı sürətlənib. Belə ki, buğda 20%, şəkər 26%, çay və kofe isə 56% bahalaşıb. Qidanın bahalaşmasının səbəbləri kimi, pis hava şəraiti, bəzi kənd təsərrüfatı məhsullarının az yığılması və COVID-19 pandemiyası səbəbindən təchizat zəncirində yaranan problemlər göstərilir”.
Millət vəkili əlavə edib ki, "Financial Times”ın rəyini soruşduğu ekspertlərin sözlərinə görə, qidaların bahalaşması ən azı 2022-ci il ərzində də davam edəcək.
Günay Rəsulqızı