Şəfəqə Doğru » Gündəm » Tovuzda yol qəzası: 3 yaralı

Tovuzda yol qəzası: 3 yaralı

Tovuzda yol qəzası: 3 yaralı

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

 


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərində qeydə alınıb.
 
"Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan divara çırpılması nəticəsində 3 nəfər, Əlibəyli kənd sakini 1953-cü il təvəllüdlü Nazxanım Mehralıyeva, Hacallı kənd sakinləri 1966-cı il təvəllüdlü Sehran Tağıyeva və 1967-ci il təvəllüdlü Tamam Quliyeva müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.