Şəfəqə Doğru » Gündəm » Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitəcəyi tarixi açıqladı...

Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitəcəyi tarixi açıqladı...

Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitəcəyi tarixi açıqladı...
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Hebreyesus 2022-ci ildə pandemiyaya qalib gəlmək üçün nə etməli olduğu barədə danışıb.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə o, "İzvestiya" qəzetindəki məqaləsində yazıb.
 
"Bunun üçün bütün ölkələr birgə işləyərək, 2022-ci ilin ortasınadək qlobal məqsədə-dünya əhalisinin 70 %-nin peyvənd olunmasına nail olmalıdır",-Hebreyesus yazıb.
Onun sözlərinə görə, koronavirusa qalib gəlmək üçün peyvənd "milliyyətçiliyinə" son qoymaq lazımdır, söhbət zəngin dövlətlərin həddən artıq peyvənd ehtiyatı yaradaraq, Afrikanın kasıb ölkələri üçün heç nə saxlamamasından gedir.
 
O, qeyd edib ki, bu, CAR-da "omikron"la olduğu kimi, yeni ştammların meydana çıxması üçün ideal şərait yaradır.
 
ÜST rəhbəri deyib ki, 2022-ci ildə bütün ölkələr pandemiya ilə mübarizə üzrə qlobal saziş barədə müzakirələr aparacaq.
 
O, izah edib ki, belə bir saziş idarəetmə və maliyyələşdirmə mexanizmlərinin, habelə epidemiya və pandemiyaların qarşısının alınması, onlara hazırlıq, onların aşkar edilməsi və operativ reaksiya verilməsi üçün dünyaya lazım olan sistemlərin və vasitələrin möhkəmləndirilməsi üçün lazımdır.
 
Bundan əvvəl virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, V. A. Engelqart adına molekulyar biologiya İnstitutunun proliferasiya kafedrasının müdiri Pyotr Çumakov bəyan edib ki, COVİD-19 xəstəliyinin yüngül keçdiyi koronavirusun yeni "omikron" ştammı pandemiyanın sonunun müjdəçisi ola bilər.