Şəfəqə Doğru » Gündəm » ANS-dən şad xəbər: avqustun 29-da açıla bilər

ANS-dən şad xəbər: avqustun 29-da açıla bilər

ANS-dən şad xəbər: avqustun 29-da açıla bilər

Avqustun 18-də ANS-in bağlanmasının 1 ayı tamam olacaq. 

 


Shafaqadogru.com Gununsesi.infoya istinadən xəbər verir ki, ANS tekekanalının bu ayın 29-da açılacağı gözlənilir. Avqustun 29-u tarixinin isə təsadüfi seçilmədiyi deyilir. Həmin gün Azərbaycanın Milli Qəhrəmanı, kamerası ilə döyüşən jurnalist Çingiz Mustafayevin doğum günüdür. Məhz bu gündə Çingizin ruhunun dolaşdığı bir teleməkanın açılacağı ANS kollektivinə bir sevinc yaşadılacağı gözlənilir.

Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media” Şirkətinin, həmçinin, telekanalla birlikdə "ANS ÇM” radiosunun fəaliyyəti dayandırılıb.

Buna səbəb kimi ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi göstərilir.