Şəfəqə Doğru » Gündəm » Nəyə görə banan qabığı ilə əlləri sürtmək gərəkdir

Nəyə görə banan qabığı ilə əlləri sürtmək gərəkdir

Nəyə görə banan qabığı ilə əlləri sürtmək gərəkdir
Banan dadlı, faydalı, vitaminlərlə zəngin meyvədir və əhval-ruhiyyəmizi yüksəltmək qabiliyyətinə malikdir. Banan dünyada populyardır və dünyanın bütün guşələrində onu həvəslə yeyirlər. Bu şirin meyvəni yedikdən sonra, adətən, onun qabıqlarını atırıq, amma bu gündən etibarən bilin ki, onu atmaq lazım deyil. Çünki banan qabığını müxtəlif məqsədlər üçün istifadə etmək olar.
 
1. Ziyillər
 
Ziyiliniz var? Yatmazdan əvvəl ziyil üzərinə banan qabığının bir hissəsini qoyun və sarıyın. Bunu hər gecə təkrar edin və ziyil öz-özünə düşəcəkdir. Bu, ağrısızdır və mütəxəssisin yanına getməyə həsr edəcəyiniz zamana qənaət etməyə imkan verəcək.
 
2. Qırışlar
 
Banan qabığında olan antioksidantlar möcüzə yarada bilər. Qabığın içəri səthi ilə sifətinizə sürtün, bundan əvvəl yaxşıca yuyunun. Bir neçə müddətdən sonra qırışların sayının azaldığını görəcəksiniz.
 
3. Ağ dişlər
 
Bəli, düz anladınız: banan qabığının içəri səthi dişləri ağarda bilmək qabiliyyətinə malikdir. Xoş bəxtlikdən, lazımi effekt əldə etmək üçün qabığı çeynəməyə ehtiyac yoxdur. Daxili səthi ilə dişləri sürtmək kifayət edəcək. Bunu hər gün edin, iki həftədən sonra nəticəni görəcəksiniz.
 
4. Ağcaqanad dişləməsi
 
Sizi hər dəfə ağcaqanad dişləyir? O zaman bu məsləhət sizin üçün ideal olacaq. Banan qabığını ağcaqanad dişlədiyi yerə sürtün, qaşınma dərhal keçəcək.
 
5. Xolesterin
 
Sizin qanınızda xolesterinin miqdarı çoxdur? Qida rasionunuza banan qabığını əlavə edin. Bu, təəccüblü səslənə bilər, amma banan qabığında meyvənin özündən daha çox liflər var. Qabığı yesəniz, ürək-damar xəstəliklərinin qarşısını ala bilərsiniz.