Şəfəqə Doğru » Gündəm » Goranboyda minaya düşən gəncin son durumu AÇIQLANDI

Goranboyda minaya düşən gəncin son durumu AÇIQLANDI

Goranboyda minaya düşən gəncin son durumu AÇIQLANDI
Goranboyun Tap Qaraqoyunlu kəndində, İncəçayı keçən zaman minaya düşən Vüqar Maqsud oğlu Məmmədovun son durumu açıqlanıb.
Shafaqadogru.com  bildirir ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasından "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, minaya düşən V.Məmmədovun səhhəti hazırda sabitdir:

"26 yaşlı Vüqar Məmmədovun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Onun həyatı üçün hər hansı təhlükə yoxdur".

Məlumat üçün bildirək ki, yanvarın 18-də minaya düşən V.Məmmədovun sol ayağı dizdən amputasiya edilib.