Şəfəqə Doğru » Gündəm » Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi bu vəziyyətdə dünyasını dəyişib - TƏFƏRRÜAT (YENİLƏNİB)

Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi bu vəziyyətdə dünyasını dəyişib - TƏFƏRRÜAT (YENİLƏNİB)

Prezidentin Təhlükəsizlik Xidmətinin İdarə rəisi bu vəziyyətdə dünyasını dəyişib - TƏFƏRRÜAT (YENİLƏNİB)

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi Tərlan Qədirovun vəfat etməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Unikal"-ın əldə etdiyi məlumata görə, T. Qədirov "Excelsior" otelinin idman zalında məşq edirmiş. Məşqdən sonra buxar otağına keçib. Özünü pis hiss etdiyindən "Məni çölə çıxarın" deyərək dünyasını dəyişib. Qeyd edək ki, T. Qədirov bir müddət əvvəl koronavirusdan müalicə alıb.

xxx 19:54

Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisi, polkovnik Tərlan Qədirov vəfat edib.

"Qafqazinfo”nun  məlumatına görə, hadisə bu gün Bakıda idman zalında baş verib.

Belə ki, təcili tibbi yardım çağırılsa da, anidən halı pisləşən idarə rəisinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət etsin!