Şəfəqə Doğru » Gündəm » Rus əsgərinin səs yazısı yayıldı: “Heç kimə demə, təkcə dünən 30 ölü gətiriblər” - AUDİO

Rus əsgərinin səs yazısı yayıldı: “Heç kimə demə, təkcə dünən 30 ölü gətiriblər” - AUDİO

Rus əsgərinin səs yazısı yayıldı: “Heç kimə demə, təkcə dünən 30 ölü gətiriblər” - AUDİO

Rusiyanın hərbi qulluqçuları arasında keçən danışığın səs yazısı yayılıb.
 
Shafaqadogru.com "UNİAN”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
 
Səs yazısında hərbçi döyüş yoldaşından ümumi vəziyyətin necə olduğunu soruşur, digəri isə belə cavab verir: "Vəziyyət çox pisdir. Sabah bizi də cəbhəyə göndərəcəklər. Oraya getmək isə, ümumiyyətlə, mümkün deyil, kolonları atəşə tuturlar. Bilirsən "200"ə (briqda nəzərdə tutulur) nə qədər meyit gətirilir? Əsgərlər gedir, ölülər gəlir. Təkcə dünən 30 ölü gətiriblər. Heç kimə demə...”.