Şəfəqə Doğru » Gündəm » Ermənistanın hərbi cinayətləri ilə bağlı Qərbin ikili münasibəti – Ukrayna ilə müqayisə

Ermənistanın hərbi cinayətləri ilə bağlı Qərbin ikili münasibəti – Ukrayna ilə müqayisə

Ermənistanın hərbi cinayətləri ilə bağlı Qərbin ikili münasibəti – Ukrayna ilə müqayisə

Bunu Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik məsələlər üzrə ekspert İlham İsmayıl Ukrayna hadisələri başlayan ilk andan beynəlxalq məkəmə instansiyalarının dərhal Rusiyaya qarşı cinayət işi açmalarına rəğmən, 30 ildən çoxdur Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşiliklərlə bağlı edilən müraciətlərə göz yummalarının səbəblərindən danışarkən deyib: 

"Ermənistan Qərb üçün Rusiya kimi hədəf deyil. Onların əsas hədəfi Rusiyadır. Qərbin Rusiyaya olan münasibəti ilə Ermənistana olan münasibəti fərqlidir. Qərb hazırda özü üçün ən böyük təhlükəni Rusiyadan görür. Ona görə də onu əzmək üçün hər cür fürsətdən dərhal yararlanmağa çalışırlar. Bunlar olmadığından Azərbaycan tərəfinin Ermənistanın vəhşiliklərilə bağlı beynəlxalq məhkəmələrə etdiyi müraciətlər bu günə qədər demək olar ki, öz əksini tapmayıb. Ermənistanın xalqımıza qarşı törətdiyi Xocalı soyqırımı və digər vəhşiliklər Qərb instansiyaları tərəfindən müharibə və hərbi cinayəti kimi dəyərləndirilməyib”. 
 
 

Həmsöhbətimizə görə, ölkəmizin bu sayaq müraciətlərinə Qərbin susqun münasibətində erməni diasporasının oynadığı rol da təəssüf ki, öz sözünü deyib: 
"Avropa Azərbaycan-Ermənistan münasibətlərinə Ukrayna Rusiya münasibətlərində sərgilədiyi prizma müstəvisində yanaşmır. Zamanında Qarabağ məsələsi SSRİ-nin dağılması üçün ən böyük faktor idi. Ona görə də Qərbdə Qarabağ məsələsini dəstəkləyirdilər ki, proses başqa millətlərə də təsir etsin. SSRİ dağılandan sonra isə erməni diasporasının təsirilə olayı millətlərin müqəddəratı kimi yozanlar da meydana çıxdı”. 

Ekspert qeyd edir ki, Qərb Azərbaycanla Ermənistan arasındakı 44 günlük müharibəni çıxmaq şərtilə ona qədər olan prosesləri müharibə kimi dəyərləndirmir:

"Gəncə, Bərdə, Tərtərdə mülki əhalimizə qarşı törədilən hərbi cinayətkarlığa səbəb olanları isə beynəlxalq məhkəmələrə verə bilərik. Amma Qərb təsisatları birinci Qarabağ müharibəsini və orada baş verən erməni cinayətlərini hədəf, subyekt kimi qəbul etməyəcəklər. Bütün hallarda təqdimat burada əsas rol oynayır. O, yüksək səviyyədə olarsa, nəyəsə nail olmaq olar”.