Şəmkirdə bıçaqlanma hadisəsi olub.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Günel Mirzəyeva mübahisə zəminində həmkəndlisi 1991-ci il təvəllüdlü Məleykə Allahverənovanı bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Əməliyyat edilən M. Allahverənovaın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
Şəmkirdə qadın qadını bıçaqladı
26-08-2016, 09:55 950