Şəfəqə Doğru » Gündəm » İsrail hərbçiləri əlil və çoxuşaqlı müsəlman qadını qətlə yetirdi...-FOTO

İsrail hərbçiləri əlil və çoxuşaqlı müsəlman qadını qətlə yetirdi...-FOTO

İsrail hərbçiləri əlil və çoxuşaqlı müsəlman qadını qətlə yetirdi...-FOTO
Bazar günü İsrail əsgərləri əlil müsəlman dul qadını - çoxuşaqlı ananı güllələyiblər. 
 
Shafaqadogru.com   xəbər verir ki, bu haqda  "ArabNews” məlumat yayıb.
 
Vifleemin şərqində yerləşən Xusan şəhərindən olan 45 yaşlı fələstinli müsəlman Qadir Sabatin yaşadığı şəhərin küçələrindən birini keçərkən hərbçilər ona dayanmağı əmr edib.
 
Qadın reaksiya verməyə macal tapmamış İsrail əsgərlərindən biri ona iki dəfə atəş açıb. Hərbçilərin sözlərinə görə, Sabatin onlara "şübhəli" görünüb.  Amma ölən şəxsin üzərində silah olmayıb.  Bundan başqa, qadın gözdən əlil olub. 
 
Hadisə şahidlərinin sözlərinə görə, fələstinlilərin ona yaxınlaşıb kömək göstərməsinə icazə verilməyib və qadın küçənin ortasınd a qanaxmadan ölüb. Onu xəstəxanaya çatdıra bilməyiblər.
 
İndi müsəlman qadının 6 uşağı yetim qalıb.