Şəfəqə Doğru » Gündəm » Putinin ölü Jirinovskiyə nə pıçıldadığı bilindi: "Tezliklə yanına gələcəyəm!.."

Putinin ölü Jirinovskiyə nə pıçıldadığı bilindi: "Tezliklə yanına gələcəyəm!.."

Putinin ölü Jirinovskiyə nə pıçıldadığı bilindi: "Tezliklə yanına gələcəyəm!.."
Tanınmış ukraynalı jurnalist Dmitri Qordon müsahibələrinin birində Rusiya LDPR partiyasının lideri Vladimir Jirinovskinin vəfatı və Rusiya prezidenti Vladimir Putinin onunla vidalaşması barədə  suala zarafatyana cavab verib.
 
Shafaqadogru.com "Segodnya" nəşrinə istinadla verdiyi xəbərə görə, zarafat proqramın aparıcısını bərk güldürüb.
 
"Putinin Jirinovskiyə tərəf əyilib ona nəsə pıçıldadığını əks etdirən video var . Soruşmaq istərdim, sizcə, Putin ona nə pıçıldayıb?", - deyə aparıcı soruşub.
 
"Tezliklə yanına gələcəyəm”, – deyə Qordon düşünmədən cavab verib.
 
"Əla!”, – aparıcı gülüşlə reaksiya verib.