Şəfəqə Doğru » Gündəm » Bəşər Əsədi sarsıdan qətl - Yaxın adamı öldürüldü

Bəşər Əsədi sarsıdan qətl - Yaxın adamı öldürüldü

Bəşər Əsədi sarsıdan qətl - Yaxın adamı öldürüldü

Suriya Prezidenti Bəşər Əsədin lideri olduğu BƏƏS partiyasının liderlərindən biri Fərid Məhəmməd əl-Əmarin naməlum silahlı şəxslərin hücumu nəticəsində həyatını itirib.

Shafaqadogru.com xəbər verir ki, olay Dəra vilayətində olub.

Məlumata görə, motosikletli iki silahlı şəxs Əl-Əmarinin avtomobilini saxlayıb və birbaşa onu hədəfə alıblar. Bundan sonra silahlı şəxslər Əmarinin avtomobilini götürərək hadisə yerindən qaçıblar.

Xəstəxanaya gətirilən Əmarinin öldüyü bildirilib.

O, 2020-ci ilin fevralında BƏƏS partiyasının Nəvadakı təşkilatının rəhbəri Səlvan əl-Cundinin öldürülməsindən sonra onun yerinə keçmişdi.