Şəfəqə Doğru » Gündəm » Lavrovdan sonra Çin də təkrarladı – “Yeni dünya müharibəsi təhlükəsi...”

Lavrovdan sonra Çin də təkrarladı – “Yeni dünya müharibəsi təhlükəsi...”

Lavrovdan sonra Çin də təkrarladı – “Yeni dünya müharibəsi təhlükəsi...”

Çin Xarici İşlər Nazirliyi Rusiya Xarici işlər naziri Sergey Lavrovun Üçüncü Dünya Müharibəsi ehtimalı ilə bağlı sözlərindən sonra açıqlama verib.

Shafaqadogru.com xəbər verir ki, Çin XİN-in sözçüsü Vanq Vinbin heç kimin Rusiya-Ukrayna müharibəsinin yeni dünya müharibəsinə səbəb olmasını istəmədiyini deyib.

"Heç kim Üçüncü Dünya Müharibəsinin başlanmasını görmək istəmir. Ümid edirik ki, müharibədə iştirak edən tərəflər düşünüb təmkinlə hərəkət edəcək, gərginliyin artmasının qarşısını alacaq və sülhü mümkün qədər tez təmin edəcək, Avropa və dünyaya daha böyük bədəl ödətməkdən çəkinəcəklər”, - çinli diplomat bildirib.

Vanq Vinbinin fikrincə, mövcud şəraitdə bütün tərəflərin prioriteti qarşıdurmaların yayılması və uzanmasını önləmək üçün dialoq və danışıqları təşviq etməkdir:

"Avropa niyə "soyuq müharibə”nin başa çatmasından 30 ildən çox vaxt keçdikdən sonra yenidən müharibə ilə üzləşir? Tarazlaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasının necə həyata keçirilə biləcəyi, bunun necə qurulacağı və qlobal təhlükəsizlik idarəetmə sisteminin necə gücləndiriləcəyi barədə düşünməliyik”.