Şəfəqə Doğru » Gündəm » Xalasının qızıllarını oğurlayan bacıoğlu TUTULDU

Xalasının qızıllarını oğurlayan bacıoğlu TUTULDU

Xalasının qızıllarını oğurlayan bacıoğlu TUTULDU

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər. 


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənov  saxlanılıb.


Araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə  girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. bu kimi müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib.


Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə xalasına məxsus evə daxil olaraq oradan ümumilikdə 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.


Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.