Lənkəran Dövlət Universiteti ilə bağlı media qurumlarına məktub ünvanlanıb
Həmin məktubu bəzi redaktə və korrektələrlə təqdim edirik: "Son dövrdə Lənkəran Dövlət Universitetində aparılan yoxlama zamanı təmirlə əlaqədar külli-miqdarda yeyinti halları aşkarlanıb. Universitetin təsərrufat müdiri işləmiş Ruslan Həmidov və sabiq rektor Asəf İsgəndərov 850.000 min manatdan çox vəsaiti mənimsəyiblər. Universitetin rektor əvəzi Natiq müəllimin səyi ilə bu faktlar artıq aşkarlanıb. Çirkli pullarla özünü sığortalayan LDU- nun kecmiş təsərrüfat müdiri, hal-hazırda Lənkəran Dövlət Humanitar Kollecinin direktoru olan Ruslan Həmidovun indiki fəaliyyətində də korrupsiya faktları vardır. Azərbaycandakı təhsil ocaqlarının bir çoxuna dövlət büdcəsindən ayrılan pulların böyük qismi ya təyinatı üzrə xərclənməyib, ya da ona rəhbərlik edən şəxslərin məqsədlərinə sərf olunub. Gundelik-baku.com bildirir ki, Demokratiya.info-nun araşdırması zamanı analoji prossesin Lənkəran Dövlət Universitetində də (LDU) yaşandığı aşkarlanıb. Həmin araşdırmalar zamanı məlum olub ki, ötən illərdə təhsil ocağına ayrılmış 480.000 manat LDU-nun rektoru Asəf İsgəndərov və təsərrüfat işləri üzrə müdir işləmiş Ruslan Həmidov tərəfindən sirrə qədəm basıb. Belə ki, universitetin korpuslarının təmir edilməsinə ayrılmış 49996.2 manatın nəyə xərclənməsi məlum deyil. "Şəhər İnşaat” MMC("Şəhər İnşaat” MMC Ruslan Həmidova məxsusdur) tərəfindən həyata keçirildiyi sənədləşdirilən bu işlərlə yanaşı universitetin 2 saylı tədris korpusunda abadlıq işlərinin satın alınması üçün də ayrılmış 58924.3 manatın da aqibəti bəlli deyil. Həmçinin məlum olub ki, LDU-ya maşın və digər avadanlıqların satın alınması üçün ayrılmış 149753.8 manat da təyinatı üzrə xərclənməyib. Həmin pulun böyük qisminin rektor A.İsgəndərov və təsarrüfat müdiri R.Həmidov öz məqsədləri üçün istifadə edildiyi aşkarlanıb. Bundan başqa sair xərclər maddəsi üzrə 31204 manatın; Yumşaq invertarların satın alınması üzrə 49212 manatın; Digər alışlar və xidmətlərin satın alınması üzrə 14764.25 manatın; Avadanlıqların satın alınması üzrə 48098 manatın; İdarə digər xərcləri maddəsi üzrə malların ( işlərin və xidmətlərin) satın alınması üzrə 16798.5 manatın; Mətbəə xidmətlərin satın alınması üzrə 11902 manatın; Dəftərxana ləvazimatlarının satın alınması üzrə 46792 manatın da sənədləşdirildiyi halda, onların aqibətindən xəbər yoxdur. 2005-2006-cı illərdə Hesablama Palatasının LDU-da yoxlaması zamanı R.Həmidov tərəfindən 1.000.000 manatın onun yaratdığı MMC vasitəsilə mənimsənildiyi aşkar olunub. FAKT: Lənkəran şəhəri Fizuli küçəsində yerləşən əvvəllər fəaliyyət göstərən Lənkəran Sovxoz Texnikumuna məxsus tikili tamamlanıb istifadəyə verilmək üçün LDU-nun balansına köçürülüb. Rektor A.İsgəndərov təsərrüfat müdiri R.Həmidovla birləşərək yarımçıq tikilinin panellərini (hər birini 350 manatdan) , mişar daşlarını, karkazlarını, armaturlarını, xülasə bütün materiallarını sataraq ciblərinə qoymuşlar. LDU-nun balansında olan yola yaxın torpaq sahəsinin bir hissəsini də pul əvəzində iş adamlarına veriblər. Maliyyə Nazirliyinin 3 dəfə apardığı yoxlama nəticəsində dağıdılan dövlət əmlakının 165000 manatı büdcəyə qaytarılıb. Ancaq nədənsə bu pulların qaytarılmasına nail olan komissiya rektor və təsərrufat müdiri haqqında cinayət işinin başlanması üçün təqdimat yazmır. R.Həmidov 2002-2004 –cü illərdə Təhsil Nazirliyinin rəsmi işçiləri olan İlham Pirməmmədov və Ənvər İmanovla əlbir olaraq 24 nəfəri Dağıstan filialından LDU-ya qeyri-qanunu yollarla köcürüblər. Ruslan Həmidov Astaranin Maşgin kəndindəndir. R.Həmidov 1990-1994 –cu ilə qədər separatçı Ələkrəm Hümmbətov və onun dəstəsi ücün maliyyə vəsaiti köcurən ən varlı adamlardan biridir.
Hörmətlə: Lənkəran şəhəri valideynlərdən Nizami Hüseynov 30.08.2016”.dia.az
Teref.info olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!