Şəfəqə Doğru » Gündəm » Ordumuzun vurduğu erməni helikopterinin qalıqları aşkarlandı - FOTO

Ordumuzun vurduğu erməni helikopterinin qalıqları aşkarlandı - FOTO

Ordumuzun vurduğu erməni helikopterinin qalıqları aşkarlandı - FOTO

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Bu barədə HİT.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 
 
 

 

Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı, 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.