İrana nüvə texnologiyası silah yaratmaq üçün deyil, ondan mülki məqsədlər üçün istifadə etmək üçün lazımdır.
Shafaqadogru.com məlumata görə, bu barədə İran Prezidenti İbrahim Rəisi bildirib.
Rəisi deyib: "Nüvə sənayesi və nüvə imkanları İslam Respublikası və İran xalqının haqqıdır və biz dəfələrlə nüvə silahının İran doktrinasında yeri olmadığını demişik”.
Onun sözlərinə görə, İranın kənd təsərrüfatı, neft-qaz, tibb və digər mülki sektorlarda nüvə texnologiyalarına ehtiyacı var. O vurğulayıb ki, İran rəsmiləri Tehranın məhz bu mövqeyini daim dünyaya çatdırırlar.
Xatırladaq ki, 2015-ci ildə İran və "altılıq” beynəlxalq vasitəçilər (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) JCPOA imzalayıblar – bu sazişə əsasən Tehran nüvə proqramının inkişafını yalnız dinc məqsədlərlə məhdudlaşdırmalıdır. Donald Trampın rəhbərliyi altında Birləşmiş Ştatlar 2018-ci ildə JCPOA-dan birtərəfli qaydada çıxıb və anti-İran sanksiyaları, o cümlədən neft sektoru da daxil olmaqla, Tehranı müqavilənin bəzi şərtlərindən imtina etməyə vadar edib. ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden müəyyən şərtlər daxilində razılaşmaya qayıtmağa hazır olduğunu bəyan edib.