Şəfəqə Doğru » Gündəm » Məmur qadını öldürən qatil onunla gizli eşq yaşayırmış - Sensasion faktlar

Məmur qadını öldürən qatil onunla gizli eşq yaşayırmış - Sensasion faktlar

Məmur qadını öldürən qatil onunla gizli eşq yaşayırmış - Sensasion faktlar

Saray bələdiyyəsinin sədrinin və ərinin ölümündə yeni təfərrüatlar: qazanılan pullar, sevgi münasibətləri və…

 


Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanın və ərinin dəhşətli qətli ilə bağlı yeni təfərrüatlar məlum olub. Hazırda qətli törətməkdə təqsirləndirilən Fədayi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilir. Artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir və təqsirləndirilən şəxsə yaxın günlərdə hökm oxunacağı gözlənilir.

F.Hüseynov 2 ilə yaxın sürücüsü işlədiyi Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu yaşadıqları mənzildə, bələdiyyə sədrinin doğum günündə öldürmüşdü. V.Əbilhəsənova 39 yaşını qeyd edərkən 10 yaşlı qızının gözləri önündə qətlə yetirilib.

Musavat.com cinayət işi ilə bağlı bəzi yeni təfərrüatlar əldə edib. Qətli törədənin keçmişi, bələdiyyə sədri ilə sürücüsü arasında olan münasibətlər və qətlin baş vermə səbəbləri haqda yeni bilgilər ortaya çıxıb. 

Əvvəlcə qətli törətməkdə təqsirləndirilən Fədayi Hüseynov haqda F.Hüseynov Laçın rayonunda doğulub. Laçının işğalından sonra Bərdəyə, 1993-cü ildə isə Abşerona köçüb.

O, bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Ağdam Hərbi Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 242-ci maddəsinin "a” bəndi  ilə təqsirli bilinib 5 il müddətinə, növbəti məhkəmədə CM_nin 93-3 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib cəzası əhatə olunmaqla 5 il müddətə, Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə cəzasını çəkib və azadlığa çıxıb. 

2004-cü ildə ailə həyatı quran Fədayinin bu nikahdan  iki övladı var. 2013-cü ildə bələdiyyə seçkiləri ərəfəsində V.Əbilhəsənov ilə tanış olub. O zamandan makler kimi torpaq alqı-satqısı ilə məşğul olub. 

Hazırda iki  nəfərin ölümündə təqsirləndirilən F.Hüseynov başqda bir cinayət əməlində də təqsirləndirilir. O, 2014-cü ilin noyabr ayında Corat qəsəbəsi, Bağlar massivində qohumluq münasibətləri zəminində İsmayılov Araz İsmayıl oğlu və ailə üzvlərinə qarşı xuliqanlıq əməli də törədib.

Qətlə yetirilən bələdiyyə sədri haqda Vəsilə Əbilhəsənova Sumqayıt "Azər-Türk” Qadınlar Cəmiyyətinin sədri, Şumqayıt Şəhər İcra Hakimiyyətində Gənclər şöbəsində baş təlimatçı, 2014-cü ildə isə Saray bələdiyyəsi sədrinin köməkçi olaraq çalışıb. Bələdiyyə sədrinin ölümüdən sonra sədr vəzifəsinə keçib. Vəfadar Əbilhəsənovla ilə həyatı quran bələdiyyə sədrinin iki övladı var. Həyat yoldaşı "Azərpolad” Cəmiyyətində Aparat rəhbəri vəzifəsində işləyib.  

Bələdiyyə sədri ilə sürücüsü arasında başlayan münasibətlər Seçki ərəfəsində V.Əbilhəsənova ilə F.Hüseynov arasındakı münasibətlər birincinin bələdiyyə sədri olmasından sonra daha da yaxşılaşıb. İlk olaraq torpaq alveri ilə başlayan yaxınlıq, sevgi münasibətlərinə çatıb. 

F.Hüseynov bələdiyyə toraqlarının vətəndaşlara satışında vasitəçilik edib. Onun əli ilə bələdiyyə sədrinə ayrı-ayrı vətəndaşlardan külli miqdarda nəğd pul alınıb, bəzi torpaq sahələrinə sahiblik hüququ verən rəsmi sənədlərin düzəldiləcəyinə söz verilib.
Fədayi həmçinin bələdiyyə sədrinin torpaq alverinə baxan işçisi olmaqla yanaşı, onun sürücüsü olaraq da çalışıb. Yaxın münasibətlərdən sonra Fədayi bələdiyyə sədrinin evinə gəlib-gedib, ailə üzvləri tərəfindən də tanınıb. V.Əbilhəsənova ərinin ona xəyanət etdiyini düşündükdən sonra Fədai ilə münasibətlərinə daha çox diqqət ayırmağa başlayıb. Bələdiyyə sədri həmçinin Fədayi ilə görüşmək üçün Masazır qəsəbəsində 58 min manata ev alıb. Sonra həmin evi sataraq Sumqayıtda anasının adına iki otaqlı mənzil alıb.

Torpaq sahələrinin satışına görə F.Hüseynov hər sotdan 30-50 dollar qazanırmış. 

Sevgi münasibətləri necə korlandı?

Bələdiyyə sədri ilə F.Hüseynov arasında münasibətlər torpaq satışı ilə bağlı yaranan narazılıqlarla pozulmağa başlayıb. Belə ki, külli miqdarda nağd pul ödəyərək, bələdiyydən torpaq alan şəxslər nə sənəd ala biliblər, nə də onlara vəd edilən toraqları. Şikayətlərin artması ilə tərəflər arasındakı münasibətlər korlanmağa başlayıb. Fədayi vasitəsi ilə torpaq alanlar onun üstünə şiakyətə gəliblər. Çıxılmaz vəziyyətədə qalan Fədayi isə V.Əbilhəsənovaya üz tutub.   

Lakin Toraq Komitəsi ləğv edildiyindən və yığılan pulları öz ehtiyacları üçün xərcləyən bələdiyyə sədri Fədayiyə müsbət cavab verməyib.

Hətta bələdiyyə sədri Fədayinin ondan məsafəli durmasını istəyib. Mübahisələrdən birində V.Əbilhəsənova Fədayiyə bildirib ki, rəhbərlik onlar arasındakı münasibətlərdən, torpaq alverindən xəbər tutub. O, Fədayiyə öz başına çarə qılmasın məsləhət görüb.
 
Fədai vəziyyətdən çıxış yolu tapmaq üçün dəfələrlə Vəsiləyə yaxınlaşmağa, danışmağa çalışıb. Lakin hər dəfəsində "mənə səndən ayrı durmağımı tapşırıblar. Onsuz da problemlərim çoxdur” deyərək uzaqlaşdırıb. Fədayi son olaraq qərara gəlib ki, Vəsilənin evinə gedərək əri ilə birlikdə bütün məsələni onlara danışsın. Lakin V.Əbilhəsənova telefonda evinə gələcəyi halda Fədayiyə onu polisə şikayət edəcəyini deyib. Bu isə Fədayini daha da qəzəbləndirib.

Qeyd edək ki, ittiham aktında yer alan məlumata görə, ayrı-ayrı şəxslər 600 min, 385 min, 130 min, 25 min, 10 min, 20 min, 30 min, 480 min, 240 min, 60 min, 20 min, 18 min, 21 min, 20 min verərək bələdiyyədən torpaq sahələri almaq istəmişlər. Onlara bələdiyyənin möhürü olan sənədlər verilib. Bu məbləğlər hələ istintaqa məlum olan və edilən şikayəltər əsasında qeydə alınıb. 

Bələdiyyə sədrinin anası bütün olanlardan xəbərdar imiş

V.Əbilhəsənovanın anası Meyxanım Hüseynova qızı ilə Fədayi arasında olan yaxın münasibətlərdən xəbərdar olan yeganə şəxs imiş. Sonradan yaranan problemlərin həlli üçün də tərəflər arasında vasitəçi olmağa çalışıb.

Bələdiyyə sədri Corat qəsəbəində də anasının adına obyekt, ev və torpaq sahəsi alıbmış. 

M.Hüseynovanın istintaqa verdiyi ifadə zamanı da məlum olub ki, 2015-ci ilin aprel ayında Fədayi və qızı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıblarmış. Buna səbəb torpaq almaq üçün pul verən şəxslərin şikayəti olub.

Fədayi qətli cinayəti törətməyə gələn zaman da M.Hüseynova ilə telefonda danışıb. Evə girən zaman da ilk olaraq onu görüb. 

Və sonda Fədayinin intiqamı…

Sonradan sevgisinə rədd cavabı, ardınca torpaq və pul mübahisələri Fədayini V.Əbilhəsənovadan qisas alamağa vadar edib. Qətli törətməzdən əvvəl ilk olaraq bələdiyyə sədrinin anasına məxsus evə gedib. 

Saray qəsəbəsində S.Vurğun küçəsində M.Hüseynovaya alınan iki mərkəbəli fərdi yaşayış evinə gedən Fədayi evin birinci mərtəbəsində yataq otağına və çarpayıya benzin törəkərək oranı yandırıb. Həmin evin mətbəxindən 2 ədəd bıçaq götürərək mərhum bələdiyyə sədrinin qəsəbənin M.Ziyadov küçəsindəki 9 saylı evinə yollanıb.

01:30 radlərində evə gələrək çardaqdan evin ikinci mərtəbəsinin balkonuna çıxıb. V.Əbilhəsənovanın anasına zəng edərək onu eyvana çağırıb. Sonra onu itələyərək yıxıb və evə daxil olub. 

Uşaqların gözü qarşısında törədilən qətl…

Fədayi bələdiyyə sədrinin qızı ilə birlikdə olduğu yataq otağına daxil olub, onunla mübahisə etməyə başlayıb. Ardınca V.Əbilhəsənovaya 10 yaşlı qızının gözü qarşısında çoxsaylı bıçaq zərbələri endirib. 

Otaqdan çıxdıqdan sonra özü ilə gətirdiyi ikinci bıçaqla bələdiyyə sədrinin əri Vəfadara bacısı Natella Muradovanın və qızı Fidanın gözləri qarşısında bıçaq zərbələri endirib. Bıçaq zərbələrindən bir neçəsi onun ürəyinə dəyib.

Hadisəni törədəndən sonra gəldiyi yerdən qaçaraq gedib. Əvvəlcə dəniz qırağına gedən Fədayi, bir müddət sonra polisə təslim olub.

Qeyd edək ki, təqsirləndirilən F.Hüseynov özünü qismən günahkar bilir. O, Cinayət Məcələsinin 120.2.4, 120.2.5, 120.2.7, 186.2.1, 186.2.2, 221.3-cü maddələri ilə ittiham olunur. Cinayət işi üzrə növbəti məhkəmə prosesi sentyabrın 22-də baş tutacaq.