Sabirabad rayonunda «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun Azərbaycan Konstitusiyasına nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı seçicilərlə növbəti görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev bildirdi ki, bu dəyişiklik cəmiyyətdən gələn sosial sifarişdir. Ona görə də xalqımız bu dəyişikliklərə yekdillikə səs verəcəkdir.
"Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrindən biri Ridan Quluzadə çıxış edib.
"Azərbaycanda keçiriləcək referendum nəticəsində müəyyən çağırışlara cavab tapılacaq. Dəyişikliklər yeni inkişaflara hüquqi əsaslar yaradacaq». Səlahiyyətli nümayəndə onu da qeyd etdi ki, prezident seçilmək üçün yaş məhdudiyyətinin götürülməsi demokratik prinsiplərə söykənir: «18 yaşdan yuxarı özünü təsdiqləmiş şəxslər seçki prosesinə qatıla, etimad qazanaraq səs toplaya bilərlər. Prezidentin 7 illiyə seçilməsi də düzgün yanaşmadır. Bu o deməkdir ki, idarəetmə sistemi daha da təkmilləşəcəkdir”.
Tədbirdə Milli Məclisin deputatı Elçin Quliyev çıxış edərək bildirdi ki, Konstitusiya dəyişiklikləri iqtisadi islahatların daha da genişlənməsinə, sahibkarların dövlət tərəfindən hərtərəfli müdafiəsinə geniş zəmin yaradacaqdır. Bu dəyişikliklərin hər biri mütərəqqi olduğu üçün xalqımızın yekdilliklə səs verəcəyinə əminəm. O cümlədən, sabirabadlıların da böyük əksəriyyəti dəyişikliklərə «hə» deyəcək.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rüstəm Xəliov bildirdi ki, bazar iqtisadiyyatı şəraitində insan ləyaqətinin uca tutulması, ona hörmətin konstitusion norma kimi təsbit edilməsi, dövlətin bununla bağlı üzərinə öhdəliklər götürməsi, son dərəcə təqdirəlayiqdir. Bununla Azərbaycanda insan ləyaqəti Konstitusiya prinsipi halına gətirilir. Təklif olunan maddə ilə insan ləyaqətinin qorunması toxunulmaz fundamental hüquqların siyahısına daxil edilir.
Tədbirdə çıxış edən seçicilər Konstitusiya islahatlarını dəstəklədiklərini birmənalı şəkildə ifadə etdilər.