Şəfəqə Doğru » Gündəm » GÜNÜN QOROSKOPU: TƏKBAŞINA, MÜSTƏQİL ŞƏKİLDƏ ÇALIŞIN

GÜNÜN QOROSKOPU: TƏKBAŞINA, MÜSTƏQİL ŞƏKİLDƏ ÇALIŞIN

GÜNÜN QOROSKOPU: TƏKBAŞINA, MÜSTƏQİL ŞƏKİLDƏ ÇALIŞIN

Qoç - işgüzar fəaliyyətlə bağlı, habelə əmlak və maliyyə məsələlərini yaxşı bələd olmadığınız insanla müzakirə etməyin. Günün ikinci yarısında dedi-qodu və şayiələrə əsla əhəmiyyət verməyin. Heç bir halda yalan məlumatın yayılmasında iştirak etməyin. Hər hansı addımı gizlətməyə çalışsanız da, bu olay az sonra faş olacaq.

Buğa - uğurlar kiçik, amma asan əldə ediləndir. İzafi səylərə heç bir ehtiyac yoxdur. Rəğbət bəslədiyiniz, laqeyd qalmadığınız insanlarla təmaslar üçün əlverişli gündür. Dəyər verdiyiniz insanın marağını cəlb edə bilərsiniz.

Əkizlər - pul xərcləməyə tələsməyin. Alış-verişdə bədxərclik etməyin. Adi və rutin işlərlə məşğul olmaq sizi yormayacaq. Gərəksiz əşyalar və hisslərdən qurtulun. Bədbinlik, komplekslər və yanlış düşüncələrlə vidalaşın. Bütün bunlar sizin irəliyə doğru hərəkətinizə mane olur.

Xərçəng - mühüm məsələlərin müzakirəsi və həlli üçün əlverişli gündür. Bəyənmədiyiniz, xoşlamadığınız insanlarla ünsiyyətdən belə, xeyir əldə edə bilərsiniz. Az sonra karınıza gələcək, yaxşı gəlir əldə etməyə imkan verəcək informasiya əldə edə bilərsiniz.

Şir - belədə problemlərin sayı sürətlə arta bilər. Alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələlərində sayıq olun. İşgüzar danışıqlar və səfər pis nəticə verməyəcək.

Qız - insanların gur olduqları tədbirlərə qatılmayın. İctimai tədbir və ya siyasi aksiyada iştirakı ertələyin. Günün ikinci yarısında adi vaxtlarla müqayisədə daha çox risk etməyin.

Tərəzi - çox mürəkkəb gündür. Ciddi problemləri çözmək istəyirsinizsə, soyuqqanlı davranın. Hansısa məsələdə sizinlə razılaşmayan insanı dinləməklə yanaşı, onun dediklərini anlamağa və təhlil etməyə can atın.

Əqrəb - Hirsli, aqressiv olmayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanları idarə etməyə çalışmayın. Hər addımbaşı liderlik məziyyətlərinizi nümayiş etdirməyə çalışmayın. Axşam saatlarında normal istirahət edin, dincəlin.

Oxatan - qarışıq, laübəli gündür. Yaxınlarınızla münasibətlərdə ciddi problemlər yarana bilər. Mənasız məsələyə görə mübahisə, qarşıdurma istisna deyil. Çətin olsa da, təmkinli və soyuqqanlı olun. Emosiyaların sağlam məntiqi üstələməsinə imkan verməyin.

Oğlaq - yaxınlarınızın rifahını düşünün. Təhlükə və ya əndişəyə qapılmayın, sinirlənməyin. Axşam saatlarında dəyər verdiyiniz insanla bağlı yaxşı xəbər və ya xoş sürprizlə qarşılaşacaqsınız.

Dolça - yeni iş və ya layihə üçün əlverişli zamandır. İşlərinizdə irəliləyişlərə nail olmaq üçün münasib zamandır. Yaşamınızda yeniliklər istisna deyil. Zərərli vərdişlərdən biri ilə vidalaşın. Günün ikinci yarısında yeni layihəyə başlamaq olar.

Balıqlar - təkbaşına, müstəqil şəkildə çalışın. Əsəbləşməyin, hisslərinizi tarıma çəkməyin. Bədbinliyə qatılmayın, ruhdan düşməyin. Mənəvi tarazlığa nail olmağın yollarını arayın. Əhvalınız yalnız sizdən asılıdır.