Ağstafa şəhər 2 saylı orta məktəbdə çalışan müəllimə Günel Abbasova hicab taxdığına görə Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Leyla İsayeva tərəfindən təzyiqlərə məruz qalıb
Bu barədə moderator.az-a Günel Abbasovanın yaxınları məlumat verib.
Yaxınlarının dediyinə görə, Günel Abbasova Təhsil Nazirliyinin keçirdiyi müsabiqə əsasında işə qəbul olunub: "Günel Abbasova müsabiqəyə də hicabla qatılıb. Müsabiqə zamanı da ona heç kim hər hansı bir xəbərdarlıq etməyib. Ümumiyyətlə Ağstafa məktəblərində hicablı müəllimlər auditoriyalarda asanlıqla dərs deyə bilirlər. Lakin Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Leyla İsayeva heç bir səbəb gətirmədən Günel Abbasovanı hicabını çıxarmayacağı təqdirdə işdən qovmaqla hədələyir. Təhsil Nazirliyi də məsələyə biganədir. Sanki Təhsil şöbəsinin müdirindən qorxurlar. Günel Abbasova faktiki mənəvi sarsıntı içərisindədir. Xahiş edirik, aidiyyəti orqanlar məsələyə biganə qalmasın”.