Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində - Hacıqabul-Bəhrəmtəpə magistralında yük avtomobilinin avtobusla toqquşması nəticəsində 9 nəfər yaralanıb, 1 nəfər isə dünyasını dəyişib.
Bunu Trend-ə Sabirabad Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin müavini Qalib Rəhbəri deyib.
Onun sözlərinə görə, yaralıların biri kəllə-beyin travması, qalanları isə əzik, sınıq xəsarətləri alıblar. Onların hamısının vəziyyəti orta-ağır qiymətləndirilir. Dünyasını dəyişən uşaq isə xəstəxanaya gətirilməyib.
Q.Rəhbəri yaralıların Səhiyyə Nazirliyinin, eləcə də Sabirabad rayon icra başçısı Nazim İsmayılovun nəzarəti altında olduğunu bildirib. O qeyd edib ki, N.İsmayılov bu gün xəstələrə baş çəkib.