Şəfəqə Doğru » Gündəm » Deputatdan etiraz - “Məqsəd vətəndaşdan daha çox pul yığmaqdır”

Deputatdan etiraz - “Məqsəd vətəndaşdan daha çox pul yığmaqdır”

Deputatdan etiraz - “Məqsəd vətəndaşdan daha çox pul yığmaqdır”

Utilizasiya proqramını qəbul edərkən ətraf mühitə mənfi təsirdən söhbət gedirsə, ilk növbədə böyük avtomobillərdən danışmalıyıq. Söhbət yük maşınları və ictimai nəqliyyatda istifadə olunan avtobuslardan gedir”. 


Bu fikirləri deputat Asim Mollazadə Milli Məclisin komitə iclasında bildirib (qafqazinfo).

Biz Bakının havasına sovet vaxtından qalan avtombillərin mənfi təsirini görürük. Bu qanun bilavasitə köhnə nəqliyyat vasitələrinin ətraf mühitin problemlərinə təsirini göstərmir. Məqsəd yenidən avtomobil almaq istəyən vətəndaşlarımızdan daha çox pul yığmaqdır. Bu, indi bizə nəyə görə lazımdır? Düşünürəm, bu qanun layihəsi yenidən işlənməlidir. Ümumiyyətlə, layihədə rəqəmlər aydın deyil. Qanunda retro avtomobillərlə bağlı nələr nəzərdə tutulur?

İlk növbədə diqqəti ətraf mühitə mənfi təsir nöqteyi-nəzərindən böyük avtomobillərə yönəltməliyik. Ölkədə utilizasiya ilə bağlı sistem yoxdur. Biz sistemi qurarkən nəyə görə ilk növbədə vətəndaşdan əlavə maliyyə tələb edirik? Vətəndaşları düşünməli və qiymətlərin artımına yol verməməliyik. Bu qanun ilk növbədə qiymətləri artıracaq”, - deyə deputat vurğulayıb.