Şəfəqə Doğru » Gündəm » Ermənistanla sərhəddə canlı yayım açan şəxs saxlanılıb

Ermənistanla sərhəddə canlı yayım açan şəxs saxlanılıb

Ermənistanla sərhəddə canlı yayım açan şəxs saxlanılıb

Qazax rayonunun Ermənistanla sərhədində yerləşən Cəfərli kəndində-neytral zonada canlı yayım açan şəxs həbs edilib.

Hadisə iyunun 10-da baş verib.
Rayon sakini olan 1992-ci il təvəllüdlü
Kənan Z. kənd ərazisindəki mühafizə postunu qanunsuz olaraq keçərək Ermənistan Respublikası ilə sərhəddə TikTok vasitəsilə canlı yayım açıb. Az sonra hadisə yerinə polis əməkdaşları gəlib və 31 yaşlı şəxsə neytral əraziyə keçdiyi, burada videoçəkilişin qadağan edildiyi bildirilib.

İyunun 10-da saxlanılan şəxs barəsində 2 gün araşdırma aparıldıqdan sonra o, barəsində tərtib edilmiş protokolla birgə Qazax Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 12 iyun tarixli qərarı ilə Kənana 8 gün müddətinə inzibatı həbs cəzası verilib //qərbxəbər