Qazax rayonunun Daş Salahlı kəndi bu rayonun ən böyük kəndidir. Kənddə 10 000 nəfərdən artıq əhali yaşayır.
Ölkə başçısı İlham Əliyevin respublikamızın hər yerində apardığı məqsədyönlü sosial-iqtisadi siyasət Qazax rayonunda , o cümlədən, yaşadığımız Daş Salahlı kəndində də uğurla həyata keçirilir.
Belə ki, rayonun Abbasbəyli kəndindən, gölün giriş hissəsindən başlayaraq rayonun Daş Salahlı kəndinə gələn 500 mm/məişət su xətti olan dəmir boru diametri 315 mm/olan yeni Polietilen boru ilə əvəz olunacaq.
Görülən bu gözəl işlərə görə Ölkə başçısı cənab İlham Əliyev başda olmaqla, rayonun icra başçısı cənab Rəcəb Babaşova kənd sakinləri adından təşəkkür edirik.
Elnur Quliyev