Şəfəqə Doğru » Gündəm » Qazaxda araşdırma sorğusuna görə jurnalistdən polisə şikayət edilib- "ARAŞDIRMAMALIYIQ?"

Qazaxda araşdırma sorğusuna görə jurnalistdən polisə şikayət edilib- "ARAŞDIRMAMALIYIQ?"

Qazaxda araşdırma sorğusuna görə jurnalistdən polisə  şikayət  edilib- "ARAŞDIRMAMALIYIQ?"

Qazaxda yaşayan  jurnalist, "Şəfəqə Doğru" qəzeti və eyni adlı saytın baş redaktoru Neymət Novruzlu haqqında polisə  şikayət  verilib. Ardınca,  jurnalist izahat  yazması  üçün,  qeyri -rəsmi  formada  polis  bölməsinə çağrılıb. Bu haqda o bu  gün redaksiyamızda  açıqlama  verib.  Açıqlamasında jurnalist bildirir:

"Bu  gün saat on radələrində mənim telefonuma tanımadıgım bir nömrədən zəng gəldl və mənə amiranə şəkildə polis şöbəsinə gələrək, ifadə verməli oldugumu söylədi. Mən ondan kim olduğunu,mənim kim olduğumu bilib-bilmədiyini  və nə səbəbə onun yanına gəlməli oldugumu soruşdum. Zəng  edən  şəxs adının  Əfqan olduğunu  bildirərək, "mən Kosalar kəndinin uçaskovusuyam, sən bu kəndin sakini Cəmil adında birinə zəng edib, hədə qorxu gəlmisən" dedi. Mən isə cavabımda "Əfqan müəllim mən "Şəfəqə dogru"qəzetinin baş redaktoru Neymət Novruzluyam və əgər polis şöbəsinə gəlməliyəmsə,yəqin ki,Qazax RPŞ - dən bu  haqda çagırış vərəqəsi göndərilər,  mən də  gəlib polis  bolməsində izahatımı verərəm"  dedim. Sahə  rəisi Əfqan "onda mən yanınıza gəlib ifadənizi alaram" deyərək, telefonu söndürdü.

Deməli , polis sahə müfəttişi öncə şikayətçidən ifadəsini alıb işin içini bilmədən,bir qəzetin baş redaktorundan araşdırma apardığına görə  izahat  tələb edir? 

Qanunlarını kobudcasına pozaraq, əsli  bilinməyən hansısa  yollarla,   ucuz qiymətə   hektarlarla torpaq  ərazini ələ  keçirən,  adları  "nəsli kəsilməkdə olan  bitkilər"  siyahısına düşmüş ulqun və yovşan bitkilərinin olduğu əraziləri  əkdirərək qazanc  əldə  etməyə  çalışan   bir  fermerin çığır-bağırına  görə jurnalistin iş  fəaliyyətinə maneələr  yaradılır?   

Bu  cür qaranlıq biznes  maxenasiyalarının araşdırılması kimlərinsə  mənafeyinə düz  gəlmədiyi üçün araşdırılmasına  imkan  yaratmaq  yerinə, əksinə , jurnalistin üzərinə təzyiqlə gedilir?

Qeyd edim ki,redaksiyamıza daxil olan məlumatda 9 nəfər belə fermer və icarədarıarı eyni qanun pozmaları göstərilib və onlarla bu işlərdə əlbir olan lcra hakimiyyəti rəhbərliyi və bələdiyyə sədrləri olduğu bildirilir . Mən həmin  fermerlərdən biri kimi Cəmil adlı fermerə zəng edib,elə ilk sualımı verəndə "Sən kimsən mənim torpaqlarımla maraqlanırsan"  deyib telefonu qapatdı. Təxminən bir  saat sonra, görünür səhvini anladı və mənə zəng edərək suallarımı cavablandırdı. Bundan dörd gün sonra isə, polisdən "uçaskoviy"   (özü demiş)  zəngi özünü yetirir.
Biz  neynəməliyik? Araşdırmamalıyıq ?  Sual  vermələiyik ? İşləməməliyik?"

Uzun  müddətdir  rayonda jurnalistika  fəaliyyəti  ilə məşğul  olan Neymət  Novruzlu  heç  bir  təzyiq  və maneələrə görə  araşdırmalarını dayandırmayacağını, yuxarıda  göstərilən və  buna bənzər  bütün biznez çarxlarının aşkara  çıxması üçün təşəbbüslərini  davam etdirəcəyini bildirib.


 Şəfəqədoğru.com