Əfqanıstanda baş vermiş zəlzələ və afterşokların qurbanlarının sayı 2 minə çatıb.
Bu barədə Associated Press Taliban nümayəndəsinə istinadən xəbər verir.
***
09:30
Əfqanıstanın mindən çox sakini şənbə günü ölkənin qərbində baş verən dağıdıcı zəlzələnin qurbanı olub.
Bu barədə Agence France-Presse-ə radikal Taliban hərəkatının hökumətinin rəsmi nümayəndəsinin müavini Bilal Kərimi bildirib.
"Təəssüf ki, qurbanların sayı çox böyükdür. 1 mindən çox insan həlak olub" – o deyib// APA