Şəfəqə Doğru » Gündəm » Ramzan Kadırovdan Fələstinə dəstək mesajı

Ramzan Kadırovdan Fələstinə dəstək mesajı

Ramzan Kadırovdan Fələstinə dəstək mesajı
Çeçenistan rəhbəri Ramzan Kadırov İsrailə qarşı müharibədə Fələstini dəstəklədiyini bildirib.

Bu barədə o, özünün teleqram kanalında yazıb(modern.az)

 

Ramzan Kadırov deyib ki, çeçen bölmələri “istənilən problem yaradanlara” qarşı çıxmaq üçün sülhməramlılar kimi çıxış edə bilər.

 

“Bir daha bütün müsəlmanları, bütün vətəndaşları və dövlətimizi haqqı dəstəkləməyə və bu müharibəni dayandırmağa çağırıram”, - deyə Çeçenistan rəhbəri bildirib.

 

Kadırov, həmçinin Qüdsün ətrafındakı İsrail Əbu Qoş şəhərində Axmat Kadırov adına məscidə “toxunmamağı” xahiş edib.