Şəfəqə Doğru » Gündəm » Etiraz məqsədilə Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırdılar

Etiraz məqsədilə Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırdılar

Etiraz məqsədilə Yeni Kaledoniyada  Azərbaycan bayrağı qaldırdılar

Fevralın 21-də Yeni Kaledoniyanın paytaxtı Numeada Fransanın daxili işlər naziri Jerald Darmanin və dənizaşırı ərazilərə məsul nazir Mari Quvenonun səfərinə etiraz olaraq aksiya keçirilib, aksiya zamanı yenidən Azərbaycan bayrağı dalğalandırılıb.

Aksiyanın başlıca məqsədi Fransa hökuməti tərəfindən Yeni Kaledoniyada siyasi tarazlığı dəyişmək üçün yerli səsvermə prosedurunda etmək istədiyi dəyişikliklərə qarşı yönəlib.

Məlumat üçün bildirək ki, Yeni Kaledoniya sakinləri bir neçə seçici siyahısına bölünürlər. Müəyyən şərtlərə - məsələn, Paris sakini 10 ildən artıq müddət ərzində Yeni Kaledoniyada yaşasa belə - cavab verməyən Fransa vətəndaşları Yeni Kaledoniyanın gələcək taleyi və əyalət seçkisində iştirak edə bilmir. Fransa hökuməti hazırda dəyişiklik etməklə həmin insanlara sözügedən hüququ vermək istəyir və bununla da müstəqillik uğrunda mübarizə aparan fəalların üstünlüyünə son qoymaq məqsədi daşıyır.

Aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.



Bakı Təşəbbüs Qrupu ilə əməkdaşlıq edən Qvadelupa, Fransız Qvianası, Martinik və Fransız Polineziyasının siyasi hərəkat və partiyaları BTQ-nin təşəbbüsü ilə Yeni Kaledoniyada bu gün keçirilmiş etiraz aksiyası ilə əlaqədar dəstəkverici bəyanatla çıxış ediblər (apa).